Dubay aeroportu fəaliyyətini dayandırıb

Dubay Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb. Buna səbəb hava limanının ətrafında hava hücumundan müdafiə sistemlərinin işləməsidir. Sosial şəbəkələrdə hava limanına səhərki hücumun əks olunduğu iddia edilən videogörüntülər yayılmaqdadır. Qeyd edək ki, səhər saatlarında Dubay hava limanına dron hücumu olması ilə bağlı xəbərlər yayılmışdı.