ABŞ maliyyə naziri: Rusiya neftinə qarşı sanksiyaları ləğv edə bilərik

Rusiya neftinə qarşı sanksiyaları ləğv edə bilərik. Bu barədə ABŞ maliyyə naziri Skot Bessent deyib. O, İrandakı hərbi əməliyyatların dünya neft bazarına ciddi təsir göstərməyəcəyini deyib. “Körfəz bölgəsini tərk edərkən müşaiyətə ehtiyac olub-olmadığını bilmirəm. Dünya neft ehtiyatları kifayət qədərdir”. Nazir ABŞ-nin Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidi məsələsini həll etməsinin gözlənildiyini əlavə edib