İranın sarsıda bilməyəcəyi nüfuz: Dünyanın dörd bir tərəfindən Azərbaycana DƏSTƏK - FOTO

Martın 5-də İran ərazisindən Naxçıvan Muxtar Respublikasına xain dron hücumu oldu. Texniki vasitələrlə təsbit edildi ki, İran Silahlı Qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Naxçıvana doğru hücum aktlarını törətmək üçün yönləndirilib. Onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, ikisi Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasını, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsini hədəfə alıb. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.