ABŞ Prezidenti Donald Tramp münaqişə bitdikdən sonra İranın sərhədlərinin dəyişdirilməsini mümkün hesab edir. Bu barədə Tramp təyyarəsində jurnalistlərə bildirib. Münaqişə bitdikdən sonra İran xəritəsinin eyni görünüb-görünməyəcəyi ilə bağlı suala Amerika lideri belə cavab verib: “Bunu sizə deyə bilmərəm. Yəqin ki, yox”.