Alimlərdən yeni kəşf: Asteroidlər bir-birinə "qartopu atırlar"

Merilend universitetinin alimləri müəyyən ediblər ki, ikili sistemdə olan asteroidlər bir-biri ilə qırıntılar mübadiləsi edə bilirlər. Bu qırıntılar bir göy cismindən digərinə çox yavaş şəkildə uçur. Tədqiqatçılar bu prosesi "kosmik qartopu atışı" adlandırıblar.