27 yaşında bitən ömür: Emi Uaynhausun dramatik taleyi - VİDEO

Dünya musiqisinin ən parlaq, lakin ən faciəli talelərindən biri britaniyalı müğənni Emi Uaynhausun həyatı ilə bağlıdır. Bir gecənin içində qlobal şöhrət qazanan sənətçinin son illəri qalmaqallar, asılılıq problemləri və səhnədə yaşanan çətinliklərlə yadda qalıb. Şəxsi həyatındakı böhranlar və sağlamlıq problemləri onun karyerasına ciddi təsir edib.