Fərahim Mustafayev: "Avropa çempionatının 1/4 finalında gözlənilməz səhvə görə uduzdum"

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında bürünc medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Fərahim Mustafayev (72 kq) gözlənilməz səhvə görə 1/4 finalda rusiyalı rəqibinə böyük hesabla məğlub olub.