Səudiyyə Ərəbistanı uzunmüddətli müqavilələr üzrə alıcılara apreldə nefti Yanbu limanı vasitəsilə almağı təklif edib. Beləliklə, ölkə Hörmüz boğazında mümkün uzunmüddətli fasilələrə hazırlaşır. “Saudi Aramco”nun göndərdiyi bildirişlərlə tanış olan treyderlərin sözlərinə görə, Yanbu variantını seçən müştərilər adi aylıq həcmlərin yalnız bir hissəsini ala biləcəklər. Bunun səbəbi ölkənin neft yataqlarını bu limanla birləşdirən boru kəmərinin məhdud ötürmə qabiliyyətidir. […]