"İşçi məzuniyyətdə olduğu müddətdə onun iş yeri və vəzifəsi saxlanılmaqla, ona Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda sonuncu əməkhaqqından az olmamaq şərti ilə orta əməkhaqqı da ödənilir". Modern.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasında bildirilib. "Sonuncu əməkhaqqı dedikd...