Əraqçi: ABŞ-la İsrailə atəşkəs üçün müraciət olunmayıb, müqavimət davam edəcək

İran atəşkəs üçün heç bir müraciət etməyib. ISNA-nın xəbərinə görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. Əraqçi İranın heç bir halda ABŞ-la İsrailə atəşkəs üçün müraciət etmədiyini bildirib. O qeyd edib ki, İran müqavimət göstərməyə davam edəcək. “Bu müharibə elə bitməlidir ki, düşmənlər bir daha İrana təcavüz etmək fikrinə düşməsinlər”, – nazir vurğulayıb.