Hindistan Rusiyadan neft alışını artırıb

Hindistan Rusiyadan neft alışının həcmini artırıb. Bu barədə ölkənin ticarət nazirinin müavini Rajeş Aqraval bildirib. Məlumatı “The Statesman” yayıb. “Biz Rusiya neftini alırıq. Rusiyadan alışların artdığı müşahidə olunur”, — deyə nazir müavini bildirib. “Kpler” analitiklərinin qiymətləndirməsinə görə, hazırda Rusiya nefti Hindistanda “Brent” markasına nisbətən təxminən $5 premiya ilə satılır. Halbuki əvvəllər bu yanacaq endirimlə satılırdı. […]