Kəlbəcərdə 30 ildən sonra ilk dəfə Novruz bayramı münasibətilə şənlik təşkil olunub. Modern.az-ın məlumatına görə, şəhər bayram ab-havasına bürünüb, milli musiqilər səsləndirilib, rəqslər ifa olunub. Şəhərin müxtəlif yerləri bayram rəmzləri, atributları ilə bəzədilib, Kəlbəcər Novruzun və baharın gəlişini əks etdirən bayram ovqatına qərq olub...