"Çelsi" Abramoviç dövründəki maliyyə pozuntularına görə 12,44 milyon avro cərimələnib

İngiltərə Premyer Liqasının Müstəqil Komissiyası Roman Abramoviçin dövründə yol verilmiş maliyyə pozuntularına görə "Çelsi" klubunu 10,75 milyon funt sterlinq (təxminən 12,44 milyon avro) məbləğində cərimələyib.