Prezident yeni cərimələri təsdiqlədi

Prezident İlham Əliyev Milli Məclisin fevralın 20-də qəbul etdiyi Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Yenilənmiş qanunvericiliyə əsasən, emal edilməmiş almazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi olmadan idxalı və ixracına görə fiziki şəxslər 550 manatdan 750 manatadək cərimə ediləcəklər. […]