Paytaxtın bu prospektində hərəkət sxemi dəyişir – yeni çıxış yaradılır

Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində icra olunan layihə artıq yekunlaşmaq üzrədir. Yaxın günlərdə ərazini yeni görkəmdə görmək mümkün olacaq. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində ərazidəki arakəsmə ləğv edilərək Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti və “20 Yanvar” dairəsi istiqamətində birbaşa çıxış təmin edilir. Bununla da nəqliyyat […]