Birləşmiş Ərəb Əmirliklərində gündəlik neft hasilatı iki dəfədən çox azalıb. Buna İranla münaqişə və Hörmüz boğazının faktiki bağlanması səbəb olub. Nəticədə ADNOC dövlət neft şirkəti hasilatda genişmiqyaslı fasilələr tətbiq etməyə məcbur qalıb. “Reuters” agentliyinin məlumatına əsasən, dünya neft ehtiyatlarının təxminən beşdə birinin daşındığı Hörmüz boğazı vasitəsilə kommersiya gəmiçiliyinin dayanması qlobal enerji bazarlarında ciddi pozuntulara səbəb […]