Ağdərə sakini: "Bütün ailə üzvlərimizlə yurdumuza qayıdırıq"

"Mən Ağdərə rayonu Baş Güney kəndində doğulmuşam. Ehtiyatda olan zabitəm. Orada əməliyyatlarda iştirak etmişəm və döyüşlərdə hər iki böyrəyimi itirmişəm. Ağdərə, Ağdam və Tərtər istiqamətində gedən döyüşlərin iştirakçısıyam. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin".