BƏƏ hava məkanında uçuşlara müvəqqəti tam qadağa tətbiq edib. Bu barədə WAM agentliyi Mülki Aviasiya üzrə Baş İdarəyə istinadən məlumat yayıb. Qurumda bu addım müstəsna ehtiyat tədbiri kimi qiymətləndirilib. Bildirilib ki, qərar uçuşların və ekipajların təhlükəsizliyinin təmin olunmasına, həmçinin regional təhlükəsizlik sahəsində sürətlə dəyişən hadisələr fonunda ölkə ərazisinin qorunmasına yönəlib. Martın 16-da Dubay beynəlxalq hava […]