Əbu-Dabidə raketin qalıqlarının düşməsi nəticəsində Pakistan vətəndaşı ölüb
Pakistan vətəndaşı Əbu-Dabinin Bəni-Yas rayonunda Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan ballistik raketin qalıqlarının düşməsi nəticəsində həlak olub.