Bloomberg-in məlumatına görə, xAI şirkəti yerləşdirdiyi vakansiyalar vasitəsilə bu istiqamətdə işçi axtarışını genişləndirib. Şirkət məlumatların işarələnməsi komandalarına Uoll-Strit bankirləri, portfel menecerləri, treyderlər və kredit analitiklərini aktiv şəkildə cəlb edir. Onların əsas vəzifəsi Grok çat-botunu maliyyə modelləşdirilməsinə öyrətməkdir. Buraya sindikatlaşdırılmış kreditlər (bir neçə şirkətin bir müqavilə çərçivəsində kredit verməsi), “problemli” aktivlərə investisiyalar və aparıcı istiqrazlarla iş […]