AZPROMO: Ələt Azad İqtisadi Zonasında Karqo Kəndi yaradılır

Hazırda Ələt Azad İqtisadi Zonasında (AFEZ) Karqo Kəndi yaradılır. Banker.az xəbər verir ki, bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) icraçı direktorunun müşaviri Sevil Yəhyayeva Ümumdünya Şəhərsalma Forumu (WUF13) üzrə özəl sektor üçün təşkil olunmuş məlumatlandırma sessiyasında deyib. Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən ardıcıl sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata fəal inteqrasiya nəticəsində biznes […]