Xocavəndin 16 kəndində evlərin layihələndirilməsinə 3 milyon manatdan çox pul ayrıldı

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Xocavəndin kəndlərində fərdi evlərin layihələndirilməsi ilə bağlı iki iri satınalma müqaviləsinə yekun vurub. Banker.az xəbər verir ki, ilk müqavilə çərçivəsində “ERA-DESIGN Group” MMC 1 milyon 538 min manat qarşılığında Hadrut, Sos və Köhnə Tağlar daxil olmaqla 11 kənddə cəmi 639 fərdi evin layihələndirilməsini həyata keçirəcək. […]