Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

İnnovasiya lideri Bakcell Elektron Hökumət İnformasiya Sisteminin Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) altsisteminə qoşularaq qurumlararası sənəd mübadiləsini tam rəqəmsal müstəviyə keçirib. Bakcell sistem vasitəsilə kağız əsaslı sənəd dövriyyəsini minimuma endirərək, sənədlərin daha sürətli, şəffaf və təhlükəsiz şəkildə idarə olunmasını təmin edəcək. RSD-yə inteqrasiya proseslərin daha da optimallaşdırılmasına, əməliyyat səmərəliliyinin artırılmasına və məlumat təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. […]