Azərbaycanın Ermənistana fevraldakı ixracının ümumi dəyəri açıqlanıb

Bu ilin fevral ayında Azərbaycan Ermənistana 4 milyon 220 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verilir. Məlumata görə, bu, Azərbaycanın ümumi ixracının 0.12 %-ni təşkil edib. Ötən ay Ermənistandan Azərbaycana ixrac həyata keçirilməyib.