Süni intellektlə hazırlanmış foto, video və audio materiallara dair yeni tələb qoyulur

Süni intellektlə hazırlanmış foto, video və audio materiallara dair yeni tələb qoyulur. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən yeni -13-2.7-ci maddədə əksini tapıb. Layihəyə əsasən, süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materiallar kütləvi nümayiş etdirildikdə belə texnologiyalardan istifadə edilməklə hazırlandığını […]