Şəxsin razılığı olmadan onun görüntüsü və səsi ilə süni intellektlə materiallar hazırlamaya görə cəzalar müəyyənləşir

Şəxsin razılığı olmadan onun görüntüsü və səsi ilə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə foto, video və ya audio materialları hazırlama və ya yaymaya görə cəzalar müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən yeni – 148-2.1-ci maddədə əksini tapıb. Layihəyə əsasən, şəxsin razılığı olmadan, onun görüntüsündən və […]