Volojun sərvəti “Nebius” səhmlərinin bahalaşması fonunda bir gündə $521 mln. artıb

“Forbes Real-Time Billionaires” siyahısına görə, 17 mart tarixinə Arkadi Volojun sərvəti bir gün ərzində 521 milyon dollar artıb. Nəticədə “Yandex”in həmtəsisçisi 4,4 milyard dollarlıq sərvətlə “Forbes”in qlobal milyarderlər reytinqində 954-cü yeri tutub. Milyarderin sərvətindəki artım “Nebius” şirkətinin səhmlərinin bahalaşması ilə bağlıdır. Martın 16-da “Nasdaq” birjasında ticarətin bağlanışı zamanı səhmlər 14,96% artaraq bir səhm üçün 125,85 […]