Bakının səs-küylü küçələrindən uzaqlaşıb sakit guşələrin birinə üz tutmaq istəyi yaranır zaman-zaman insanda. Bu istəyi reallaşdırmaq üçün bir neçə jurnalist dostumuzla birlikdə yolumuzu şəhərin ilk inklüziv məkanlarından biri olan "Kashalata" kafesinə saldıq.