Həbsdəki qohumuna ayaqqabının içində narkotik ötürmək istədi, ifşa olundu
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən 2 saylı istintaq təcridxanasında saxlanılan şəxsə gətirilən sovqatdakı ayaqqabıda gizlədilmiş marixuana və metamfetamin aşkar edilib. Faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.