"Bu, Avropanın müharibəsi deyil. Regiondakı vəziyyətlə bağlı Qırmızı dənizdə "Aspides" əməliyyatımız var. Bu mandatın Hörmüz boğazını əhatə etməsi, Maskat xəttindən şimala uzanması ilə bağlı müzakirələr aparıldı. Üzv dövlətlər buna maraq göstərmədi. Heç kim bu müharibədə fəal iştirak etmək istəmir. Çünki hər kəs nəticənin necə olacağından narahatdır".