"İlk dəfədir ki, Ağdamda Novruz bayramı keçiririk" - Sakinlərin bayram coşqusu - VİDEO
Ağdamda böyük bayram coşqusu yaşanır. Şəhərin mərkəzində Novruz bayramının gəlişi münasibətilə təntənəli konsert proqramı təşkil olunub. Qeyd edək ki, bu, Ağdama Böyük Qayıdış çərçivəsində ilk köçdən sonra şəhərdə keçirilən ilk bayram konsertidir.