İraq Kərkük–Ceyhan boru kəməri ilə neft ixracını bərpa edib. Bu barədə dövlətə məxsus Şimal neft şirkəti məlumat verib. “Türkiyənin Ceyhan limanı vasitəsilə neft ixracına başlanılıb”, — şirkətin bəyanatını INA agentliyi sitat gətirir. Martın 3-də “Shafaq News” xəbər vermişdi ki, İraq Kürdüstanı regionunda hasil edilən neftin Türkiyənin Ceyhan limanı vasitəsilə ixracı müvəqqəti dayandırılıb. Məlumata görə, ixracın […]