Serbiyanın Zrenyanin şəhərində martın 9-dan 15-nə qədər keçirilmiş güləş üzrə U-23 Avropa çempionatında idarəçilik edən iki azərbaycanlı hakimdən biri - Vüqar Şükürov "Report"un yarışa ezam olunan əməkdaşına müsahibə verib. I kateqoriyalı hakim kimi yarışa təyinat alan mütəxəssis turnirdəki təşkilatçılıq, hakimliyin səviyyəsi, idmançıların intizam məsələlərinə toxunub. O, həm özünün, həm də Azərbaycan hakimliyinin gələcək perspektivlərdən də danışıb.