Polşa prezidentini təhqir edən ukraynalı barədə altı ay sonra qərar verildi

Polşanın Lodz Rayon Prokurorluğu ölkə Prezidenti Karol Navrotskini təhqir etməkdə təqsirləndirilən ukraynalı jurnalist Vitali Mazurenko barəsindəki cinayət işinə xitam verib. Qurum onun əməllərində cinayət tərkibinin olmadığını müəyyən edib.