Erməni nazir: Azərbaycan benzininin keyfiyyəti yüksəkdir

Azərbaycan benzininin keyfiyyəti ilə bağlı şikayətlər daxil olmayıb. Bu sözləri Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan deyib. O qeyd edib ki, Ermənistana daxil olan istənilən benzin yoxlamadan keçir. “Azərbaycan benzininin keyfiyyəti yüksək olub. Bundan əlavə, elə bir şirkət var ki, guya Avropa benzini satdığını iddia edir, amma əslində bu, Azərbaycandan alınmış Azərbaycan benzinidir”, – deyə nazir […]