TƏBİB-in İcraçı direktorunun müşaviri Elşad Məmmədli işdən çıxarılıb. Bununla bağlı müvafiq Əmr imzalanıb. E.Məmmədli 2024-cü ilin fevralında TƏBİB-in sabiq İcraçı direktoru Vüqar Qurbanovun Əmri ilə müşavir təyin olunmuşdu. Xatırladaq ki, V.Qurbanov ötən ay TƏBİB-dəki vəzifəsindən azad olunub.