İranın Yaxın Şərqdə enerji obyektlərinə hücumlarından sonra neft qiymətləri kəskin yüksəlib. Bu addım Cənubi Pars qaz yatağına zərbədən sonra ABŞ və İsraillə münaqişədə ciddi eskalasiya kimi qiymətləndirilir. Banker.az xəbər verir ki, Brent nefti 4.66 dollar (4.3%) artaraq 112.04 dollar/barelə çatıb, gün ərzində artım 5 dolları ötüb. WTI isə 0.96 dollar (1%) yüksələrək 97.28 dollar/barel olub. […]