Qadın voleybolçular arasında Yüksək Liqada XVIII turun son oyunu keçiriləcək

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVIII tura bu gün yekun vurulacaq. "Report" xəbər verir ki, son olaraq bir qarşılaşma keçiriləcək. "Abşeron" "Gəncə"nin qonağı olacaq. Gəncə İdman Sarayındakı qarşılaşma saat 14:00-da start götürəcək. Xatırladaq ki, daha əvvəl "Azərreyl" "Gənclər"i 3:0, "DH Volley" "Milli Aviasiya Akademiyası"nı 3:2, "Turan" "Murov Az Terminal"ı güclü olub - 3:1.