"Araz-Naxçıvan"ın iki legioner futbolçusu ölkələrinin milli komandalarına dəvət alıblar. Naxçıvan təmsilçisindən "Report"a verilən məlumata görə, bunlar Kristian Avram və Felipe Santosdur. K. Avram Moldova millisinin martın 26-da Zimbru stadionunda Litva, ayın 30-da isə Nikosiyada Kiprlə keçirəcəyi görüşlərdə baş məşqçinin şans verəcəyi təqdirdə meydana çıxa bilərcək. Felipe Santos isə martın 23-dən 31-dək Benin millisinin düşərgəsində olacaq. O, martın 27-də Fələstin, ayın 31-də isə Qvineya yığması ilə keçiriləcək qarşılaşmalar üçün dəvət alıb.