Kamran Əliyev: "Azərbaycanda kifayət qədər təcrübəli və istedadlı gənc hakimlər var" - MÜSAHİBƏ

Serbiyanın Zrenyanin şəhərində martın 9-dan 15-nə qədər təşkil olunan güləş üzrə U-23 Avropa çempionatında ədaləti qorumuş Kamran Əliyev "Report"a müsahibə verib. Mütəxəssis yarışla bağlı təəssüratlarını bölüşməklə yanaşı, Azərbaycanda hakimliyin səviyyəsi haqqında da danışıb.