Dünyanın ən aktiv seysmik zonalarından biri hesab edilən və qlobal zəlzələlərin böyük əksəriyyətinin baş verdiyi məşhur "Od halqası" yenidən hərəkətə keçib. Belə ki, Sakit okean hövzəsində, Kuril adalarının şimal hissəsində 5.3 bal gücündə kifayət qədər diqqətçəkən zəlzələ baş verib.