Qətər və Səudiyyə Ərəbistanı hədəfdə - PUA-lar qlobal neft və qaz qiymətlərini necə uçurdu?

Qlobal enerji bazarı yenidən təlatüm içindədir. Martın 19-da baş tutan hərraclarda "Brent" markalı xam neftin qiyməti psixoloji həddi aşaraq bir barel üçün 115 dollardan yuxarı sıçrayış edib, lakin qısa müddət sonra bazardakı dalğalanmalar və investorların təşvişi fonunda yenidən kəskin hərəkətlilik nümayiş etdirib.