Dövlət qulluğunda yeni şəffaflıq modeli: Mükafatlar ləğv olundu, sistem sadələşdi

"Dövlət qulluğu haqqında" Qanunda və digər qanunvericilik aktlarında edilən dəyişikliyə görə, dövlət qulluğunda mükafatlandırma mexanizminin ləğv edilməsi nəzərdə tutulur. Belə ki, yeni yanaşmaya əsasən, dövlət büdcəsi hesabına ödənilən mükafatlar tamamilə ləğv edilir. Bu dəyişiklik həm kollektiv, həm də fərdi mükafatları əhatə edir. Belə ki, indiyədək dövlət qulluqçularının fəaliyyətinə görə verilən əlavə təşviq ödənişləri artıq mövcud olmayacaq və əməkhaqqı sistemi daha vahid və şəffaf struktur üzərində formalaşdırılacaq.