ABŞ yaxın vaxtlarda dənizdə tankerlərdə olan İran neftinə qarşı sanksiyaları ləğv edə bilər. Bunu ABŞ-ın xəzinədarlıq naziri Skott Bessent “Fox Business”ə müsahibəsində deyib. Bessent qiymətləri aşağı saxlamaq üçün istifadə edilə biləcək təxminən 140 milyon barel İran neftinin dənizdə tankerlərdə olduğunu bildirib.