Kubanın BMT-dəki nümayəndəsi: "ABŞ-nin tələbi ilə siyasi sistem dəyişdirilməyəcək"

Kubanın BMT-dəki daimi nümayəndəsi Ernesto Soberon Quzman Havanın ABŞ-nin təzyiqlərinə və neft blokadasına boyun əyməyəcəyini, ölkənin siyasi sistemini dəyişməyəcəyini açıqlayıb.