Sükan arxasında insan olmayacaq: Azərbaycanda sürücüsüz nəqliyyat erası başlayır

Azərbaycanda avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı daxil olmaqla bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ hüquqi, texnoloji və institusional bazanın yaradılması, mərhələli tətbiqinin təmin edilməsi nəzərdə tutulub. Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün fəaliyyət planı"nda əksini tapıb.