Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası

Bir vaxtlar Avropanın yaşıl meydanlarında Türkiyə futbolunun bayrağını daşıyan kifayət qədər tanınmış simalar var idi. Arda Turan, Nuri Şahin, Hamit Altıntop, Emre Belezoğlu, Tuğay Kerimoğlu, Nihat Kahveci, Burak Yılmaz kimi "top ustaları" yaxın keçmişdə qitənin aparıcı çempionatlarında çıxış edərək qonşu ölkənin futbolunun adını böyük arenalarda tanıtmağı bacarmışdılar.