Tehran islam ölkələri və qonşuları ilə münaqişəyə can atmır. Bu barədə İran Prezidenti Məsud Pezeşkian “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “İslam ölkələrinə və əziz qonşularımıza müraciət edirəm: siz bizim qardaşlarımızsınız və biz sizinlə münaqişəyə can atmırıq”, – M.Pezeşkian qeyd edib. O, həmçinin bəyan edib ki, Yaxın Şərq dövlətləri arasındakı ixtilaflardan yalnız İsrail qazanacaq.