“AzerGold” QSC Ramazan və Novruz bayramları münasibətilə sosial aksiya həyata keçirib

®“AzerGold” QSC-nin təşəbbüsü ilə Ramazan və Novruz bayramları münasibətilə növbəti sosial məsuliyyət layihəsi reallaşdırılıb. Şirkət tərəfindən təşkil olunan aksiya çərçivəsində Daşkəsən və Göygöl rayonları ərazisində hasilat və istehsal fəaliyyəti aparılan mədənlərin ətrafında yerləşən yaşayış məntəqələrində yaşayan ailələrə bayram sovqatları təqdim edilib. Daşkəsən Rayon İcra Hakimiyyəti və Göygöl Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə həyata keçirilən […]