İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

Son illər Azərbaycanda xarici saytlar vasitəsilə avtomobil sifariş etmək kütləvi hal alıb. Vətəndaşlar daha çox ikinci əl və ya qəzalı nəqliyyat vasitələrini münasib qiymətə alaraq ölkəyə gətirirlər. Lakin bu prosesin uzun zaman aparması yerli bazarda yeni bir seqmentin - belə avtomobillərin satışını həyata keçirən saytın yaranmasına gətirib çıxarıb. Bu kateqoriyada üstünlük təşkil edən Çin istehsalı olan qəzalı avtomobilləri almaq nə dərəcədə doğrudur?